Filters
Location
Job Type
Full-time
Part-time
Contractual
Hourly
Intership
Accor Hotels
Accor Hotels Baku Azerbaijan
2 months ago
Böyüyən restoran şəbəkəsinə qoşulmaq üçün istedadlı HR meneceri axtarırıq. Şirkət üçün HR Manager pozisiyası çox önəmlidir, çünki şirkətin korporativ mədəniyyətinin və ruhunun yaradılmasında strateji rol oynayacaq.
Əsas vəzifə öhdəlikləri:
HR departamentinin konsepsiyası və proseslərinin işlənib hazırlanmasında iştirak,
Şirkətin demək olar ki, bütün iş proseslərində iştirak, həmçinin şirkət siyasətini və cari prosesləri nəzərə alaraq kadrların hazırlanması və inkişafı üçün sistem və proseslər hazırlanması,
Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması,
Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi,
İşə qəbul, yerləşdirmə, cari və yeni işçilərin təlim və inkişafı, işçilərin gündəlik iş proseslərinə cəlb edilməsi və d. üçün effektiv sistemin yaradılması,
Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli... sürülməsi,
İR sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması,
İR sahəsində müxtəlif cari və birdəfəlik layihələr və proqramların həyata keçirilməsi,
İnsan resursları heyəti üçün kouçinq və təlimlər keçirilməsi
Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması.
Tələblər:
İnsan Resurslarının İdarə edilməsi, Biznesin İdarə edilməsi və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi
İR sahəsində ən az 5 il iş təcrübəsi (rəhbər vəzifəsində ən az 3 il təcrübə)
Turnover yüksək olan şirkətlərdə təcrübə (Restoran, restoran şəbəkəsi sferasında təcrübə üstünlükdür)
“Təlim və inkişaf” şöbəsinin qurulmasında təcrübə
İşə qəbul, İstedadların idarə edilməsi, təlim və inkişaf istiqamətlərində təcrübə və bacarıqların olması vacibdir
Təcrübəli, eyni zamanda öyrənməyə və inkişafa açıq
Analitik və "out of box" düşüncə tərzi
Gənclərlə iş və onların inkişafı ilə bağlı təcrübəyə malik olmaq
İş şəraiti:
• Əmək haqqı: 2500-3000 azn
• Nahar şirkət tərəfindən təmin olunur
Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz
Baku Azerbaijan
Salary Criteria
Suggestions
Robert.D
Robert.D
Robert.D
Robert.D
Robert.D
Copyright © 2023 Fonolive. All rights reserved.